Azərbaycan Ordusunun əsgəri özünü silahla vurub

Azərbaycan Ordusunun əsgəri özünü silahla vurub
# 05 oktyabr 2012 09:22 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü Toğrul Ələşrəf oğlu Quliyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ağır yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır. Yaralı əsgərin durumu ağır-stabil qiymətləndirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR