Liviya keçid hökumətinə yeni sədr seçilib

Liviya keçid hökumətinə yeni sədr seçilib
# 13 sentyabr 2012 02:56 (UTC +04:00)
Bakı-APA. Liviya Ümummilli konqresi Mustafa Əbu Şaquru ölkənin keçid hökumətinin sədri seçib.

Əbu Şaqur bu günədək hökumət sədrinin müavini idi.

Seçkilərin ikinci turunda Əbu Şaqur gərgin mübarizədə Keçid Milli Şurasının dövründə hökumətə başçılıq etmiş Mahmud Cibrili bir neçə səslə qabaqlayıb.

Mühəndis olan Əbu Şaqur bir neçə il ABŞ-da yaşayıb. 2011-ci ildə Liviyaya qayıdıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR