Azərbaycanda beynəlxalq bakalavriat proqramı üzrə tədrisin mexanizmləri müzakirə edilib

Azərbaycanda beynəlxalq bakalavriat proqramı üzrə tədrisin mexanizmləri müzakirə edilib
# 17 sentyabr 2012 15:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəbləri Müşahidə Şurasının üzvü Vladimir Kuskovski və Xəzər İnnovasiya Mərkəzinin prezidenti Elşən Musayev ilə görüşüb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazir Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris aparılması ilə bağlı layihənin uğurla həyata keçiriləcəyini bildirib.

M. Mərdanov deyib ki, Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris 12 illik olacaq və proqramı uğurla başa vuran şagirdlərə dünyanın bütün qabaqcıl ali məktəbləri tərəfindən tanınan sertifikat veriləcək. Onun sözlərinə görə, artıq Bakıdakı 6 nömrəli məktəb-liseyin bir ibtidai sinfində bu proqram tətbiq olunur.

Qonaqlar nazirə beynəlxalq bakalavriat proqramı haqqında ətraflı məlumat veriblər və layihənin icra mexanizmləri barədə danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR