Lerikə istirahətə gedən qadın 150 metr hündürlükdən dərəyə yıxılaraq ölüb

Lerikə istirahətə gedən qadın 150 metr hündürlükdən dərəyə yıxılaraq ölüb
# 11 avqust 2012 09:37 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Azərbaycanın Lerik rayonunda bədbəxt hadisə baş verib. Lerik Rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 10-da saat 22.30 radələrində Lənkəran-Lerik şose yolunun 22-ci kilometrliyində - istirahət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb. Istirahət mərkəzindən geri qayıdan Bakı şəhər sakini, 24 yaşlı Günay Mirzağa qızı Babayeva əhvalının pisləşdiyini görüb sürücüdən maşını saxlamağı xahiş edib. Maşından düşən Günay Babayeva qəfildən sürüşərək təqribən 150 metrlik dərəyə yuvarlanıb. Bunu görən maşındakı digər sərnişin - Bakı şəhər sakini, 25 yaşlı Səid Tofiq oğlu Əliyev onu xilas etmək üçün dərəyə düşüb. Onların hər ikisindən xəbər çıxmayıb, buna görə Lənkəran şəhər sakinləri, 26 yaşlı Cavid Ədalət oğlu İsayev və 23 yaşlı Zaur Məsləhət oğlu Quluzadə onların ardınca dərəyə düşməyə cəhd ediblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb. Xilasedicilərin səyləri ilə dağ çayının kənarındakı dərədən Günay Babayevanın meyiti və müxtəlif bədən xəsarətləri almış digər üç yaralı çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR