Dələduzluq yolu ilə vətəndaşların əmlakını mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluq yolu ilə vətəndaşların əmlakını mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 28 iyun 2012 10:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların əmlakını mənimsəməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Vaqif Məmmədov 4 il sınaq müddəti təyin olunmaqla 7 il şərti, Təvəkkül İmanov isə 1 il ınaq müddəti təyin olunmaqla 4 il şərti olaraq azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər torpaq satmaq adı ilə vətəndaşları aldadaraq pullarını mənimsəyiblər. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (dövlət sənədlərini, möhürləri, ştampları saxtalaşdırma, hazırlama və istifadə etmə) maddələrinə əsasən ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR