Moskvada MDB üzvü olan ölkələrin Beynəlxalq İqtisadi Forumu keçiriləcək

Moskvada MDB üzvü olan ölkələrin Beynəlxalq İqtisadi Forumu keçiriləcək
# 14 mart 2012 11:49 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Martın 20-də Moskvada MDB üzvü olan ölkələrin “MDB və yeni Avrasiya inteqrasiya modeli” adlı Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

APA-Economics”in MDB İcraiyyə Komitəsinin saytına istinadən xəbərinə görə, MDB üzvü olan ölkələrin hökumət orqanlarının, biznes strukturlarının, informasiya-kommunikasiya texnologiyaları sahəsində podratçı şirkətlərin, sahə birliklərinin, Avropa bank strukturlarının, KİV və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

MDB Dövlət Başçıları Şurası rabitə və informasiyalaşdırma sahəsində əməkdaşlığı 2012-ci ildə MDB üzvü olan ölkələrin iqtisadiyyat sahəsində əməkdaşlığının əsas mövzusu elan edib. Bu mövzu forumda ən aktual problemlərin müzakirəsində əsas kimi qəbul olunacaq.

Beynəlxalq İqtisadi Forumla eyni vaxtda MDB İqtisadi Şurasının da iclası keçiriləcək. Forumda “MDB iqtisadi inteqrasiyasının lideri” və “MDB biznesinin lideri” fəxri nişanları təqdim olunacaq.

Forumun təşkilatçıları MDB İcraiyyə Komitəsi və MDB İqtisadi İnkişaf İşgüzar Mərkəzidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR