Azərbaycanın paralimpiyaçı cüdoçuları Almaniyadan 3 medalla qayıdırlar

Azərbaycanın paralimpiyaçı cüdoçuları Almaniyadan 3 medalla qayıdırlar
# 26 mart 2012 11:50 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunun qalibləri müəyyənləşib. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yarışlarında iştirak edən Azərbaycan milli komandasının 4 üzvündən 3-ü vətənə medalla qayıdıb.

Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) Dünya Kubokunu çempion kimi başa vurub. Yalnız finalda uduzan Zakir Mislimov (90 kq) gümüş medala sahib olub. Millimizin digər üzvü - Ramin İbrahimov (60 kq) isə üçüncü yerlə kifayətlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR