İsrailin xarici işlər naziri aprelin 23-də Azərbaycana gələcək

İsrailin xarici işlər naziri aprelin 23-də Azərbaycana gələcək
# 20 aprel 2012 07:07 (UTC +04:00)
APA-nın “The Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, səfər aprelin sonunda gerçəkləşəcək. Səfərdə məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsidir. A. Libermanın Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq.

Diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər aprelin 23-də baş tutacaq. İsrail nümayəndə heyəti Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin açılışına qatılacaq. Açılış iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR