“Bakı-2020” üçün 494 min imza toplanıb

“Bakı-2020” üçün 494 min imza toplanıb
# 11 aprel 2012 09:59 (UTC +04:00)
Bakı – APA. “2011-ci il dekabrın sonlarında Azərbaycanda aparılmış sorğuya qatılanların 95 faizi Bakı şəhərini 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı kimi dəstəkləmişdilər. Hazırda aparılan imzatoplama kampaniyasının gedişi isə həmin sorğudakı reallığı əks etdirir”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva deyib.

Nurullayeva bu gün Milli Olimpiya Komitəsində keçirdiyi brifinqdə bildirib ki, hələ də ölkəmizdə davam edən kampaniya nəticəsində iddiaçı şəhər kimi Bakının lehinə 494 min nəfər imza toplanıb. İmzaların 111 mini Bakının, qalanları isə bölgələrin payına düşür.

Nurullayeva “Bakı-2020”nin sosial şəbəkələrdə də aktivliyini vurğulayıb. Onun sözlərinə görə, “Facebook”da 50 mindən çox insan paytaxtımızı dəstəkləyir. Hazırda sosial şəbəkələrdə iddiaçı şəhərlərdən Bakı və Madrid (İspaniya) irəlidədir: “Bizi dəstəkləyən hər kəsə təşəkkür edir və hamını səs verməyə çağırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR