Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 07 sentyabr 2012 07:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından (Kasko) ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə tender keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar tender təklifini və tender təklifinin bank təminatını bu ilin oktyabr ayının 4-dək, digər sənədləri isə sentyabr ayının 26-dək AMB-yə təqdim etməlidir.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR