Sabah İranda parlament seçkilərinin ikinci turu keçiriləcək

Sabah İranda parlament seçkilərinin ikinci turu keçiriləcək
# 03 may 2012 09:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Mayın 4-də İranda IX çağırış parlament seçkilərinin ikinci turunun keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb”. APA-nın məlumatına görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar açıqlama verib. O bildirib ki, bütün seçki məntəqələri seçkilərin keçirilməsi üçün hazırdır: “Parlament seçkilərinin ikinci turu ölkəmizin 18 əyalətinin 33 seçki bölgəsində keçiriləcək. Sabah 65 yer üçün 135 namizəd mübarizə aparacaq”.

Qeyd edək ki, İranda IX çağırış parlament seçkilərinin birinci turu martın 2-də keçirilib və 225 millət vəkili seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR