AZAL-ın təyyarələrində “Azerfon”un mobil rabitə xidmətlərinin tətbiqi üçün hazırlıq işləri davam edir

AZAL-ın təyyarələrində “Azerfon”un mobil rabitə xidmətlərinin tətbiqi üçün hazırlıq işləri davam edir
# 24 fevral 2012 14:47 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqi üçün texniki hazırlıq işləri davam etdirilir.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 2011-ci ildə AZAL, “Azerfon” (Nar Mobile) və İsveçrənin “OnAir” şirkətlərinin imzaladığı sazişə müvafiq olaraq məhz AZAL təyyarələrində tam çeşidli mobil rabitə xidmətləri istifadəyə veriləcək.

AZAL “Azerfon” mobil operatorunun xidmətləri əsasında və İsveçrənin “OnAir” şirkətinin müvafiq avadanlığı vasitəsilə təyyarələrdə uçuş zamanı mobil rabitə xidmətlərinin tətbiqinə hazırlaşır. Bu istiqamətdə artıq müəyyən texniki hazırlıq işləri aparılır, müvafiq ekspertlər cəlb olunub.

“Azerfon”la imzaladığımız 10 illik eksklüziv sazişə əsasən mobil rabitə xidmətləri yalnız AZAL təyyarələrində və yalnız “Azerfon” xidmətləri əsasında mümkün olacaq. Bu, MDB məkanında ilk belə layihələrdəndir və bu, həm milli aviasiya, həm də bizim telekommunikasiya sənayemizin inkişafının göstəricisidir” - deyə hava yolları şirkətinin rəsmisi bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR