İranda yerli radar quraşdırılır

İranda yerli radar quraşdırılır
# 09 aprel 2012 23:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın istehsal etdiyi yerli radar 10 gün ərzində istismara veriləcək. APA-nın məlumatına görə, bunu “Xatəmül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı Fərzad İsmaili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, “Samen” adlı radar 100% İran istehsalıdır: “ Hazırda iranlı alimlər radarın quraşdırılması ilə məşğuldurlar. Geniş əhatəyə malik “Samen” ölkənin ən önəmli ərazisində istifadə ediləcək. Bu radar uçan ən kiçik həcmli obyektləri də aşkar edə biləcək gücdə istehsal olunub”. F.İsmaili əlavə edib ki, İranın digər önəmli ərazilərində də bu radardan istifadə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR