“Jalə” Azərbaycan məktəbliləri və tələbələri arasında inşa müsabiqəsini mayın 10-dək davam etdirəcək

“Jalə” Azərbaycan məktəbliləri və tələbələri arasında inşa müsabiqəsini mayın 10-dək davam etdirəcək
# 10 aprel 2012 12:17 (UTC +04:00)
“Qəbələ Konserv Zavodu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər üçün inşaların son qəbul tarixi 31 mart 2012-ci il göstərilsə də, Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarının məktəblərinin müəllim-şagird heyətlərinin çoxsaylı istəklərini nəzərə alaraq inşaların son qəbul tarixi 10 may 2012-ci il tarixinədək davam etdiriləcək.
Bu müsabiqə Azərbaycan məktəbliləri və tələbələri üçün gündəlik həyatda təbii, ekoloji təmiz qida məhsullarının istifadə edilməsinə, onların əhalinin həyat fəaliyyəti və işləmək qabiliyyətinə təsirinə dair öz ideyalarını ifadə etmək imkanı yaradır.
«Jalə» inşa müsabiqəsinin köməyi ilə böyüyən nəslin və gəncliyin təbii, o cümlədən sənaye emalından keçmiş və bununla yanaşı, bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayan məhsulların istifadəsinə olan tələbata baxışını müəyyən etməyə çalışır.
İnşaların mövzuları olaraq dörd əsas istiqamət seçilmişdir:
- təbii məhsulların gündəlik istifadəsi zərurəti və onların bizim ölkəmizdə mövcud olması;
- qida məhsulları sektorunda emal üçün sənayenin inkişafı;
- millətin sağlamlığının qorunub saxlanılması üçün hazır təbii məhsulların istifadəsinə keçmənin vacibliyi;
- bizim ölkədə istehsal edilən məhsulun dünya bazarında yayılmasının əhəmiyyəti.
Müsabiqədə orta məktəblərin şagirdləri və Azərbaycan universitetlərinin bakalavriat və magistraturasının tələbələri iştirak edə bilərlər.
Azərbaycan, rus və ingilis dillərində yazılmalı olan və tərkibindəki işarələrin sayı 2000-dən çox olmayan inşalar 10 may 2012-ci il tarixədək [email protected] elektron ünvanında qəbul edilir. Münsiflər heyəti tərəfindən seçiləcək altı ən yaxşı inşanın müəllifi (3 nəfər orta məktəb şagirdləri arasından, 3 nəfər isə ATM-nin tələbələri arasından) mükafat şəklində birinci, ikinci və üçüncü yerlər üzrə müvafiq olaraq “iPhone4”, “iPad” və “Samsung Galaxy S” planşet kompüteri alacaq.
Qeyd edək ki, “Qəbələ Konserv Zavodu” ASC-yə məxsus “Jalə” brendi həm bizim ölkəmizin ərazisində, həm də xaricdə ən məşhur Azərbaycan brendlərindən biridir. Zavodun məhsulları, xüsusilə də «Jalə», «Золотой Сад», «Natura» təbii şirələri şöhrət qazanmışdır və əhali arasında böyük tələbata malikdir. Belə ki, səylə seçilmiş təzə meyvələrin əsl dadını istehlakçıya hiss etmək imkanı yaradır. Brendin şüarı “Damla-damla topladıq” təbii şirələrin istehsalında ən yüksək keyfiyyəti bir daha vurğulayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR