Basketbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Basketbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb
# 28 fevral 2012 09:53 (UTC +04:00)
Bakı-APA. Kişi basketbolçular arasında Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Elxan Əliyev martın 16-23-də Qırğızıstanın Bişkek şəhərində keçiriləcək “Novruz-2012” beynəlxalq turnirdə iştirak üçün yığmaya 12 oyunçu çağırıb.

Onlardan 2-si legioner, 10-su isə Azərbaycan çempionatında çıxış edən basketbolçulardır. Lakin təcrübəli çalışdırıcı milliləşdirilmiş legionerlərimiz kimi yığmamızın kapitanı Tahir Baxşıyevi də səfərə aparmamağı qərara alıb. Onun Bişkekdə sınayacağı basketbolçular bunlardır: Fuad Niftaliyev, Zaur Guşanov, Bəxtiyar Ələkbərov, Rüstəm Əliyev, Polad Həsənli, Andre Kondratyev (hamısı “Qala”), Amil Həmzəyev, Anar Hacıyev (hər ikisi “Araz”), Anar Sarıyev (NTL TUDOR), Anton Belausov (AZTOP), Zaur Paşayev (“Kutaisi-2010”, Gürcüstan) və Konstantin Birkov (“Dinamo” Rusiya).

Qeyd edək ki, yarışda Azərbaycan, Özbəkistan və Qazaxıstan yığmaları ilə yanaşı, ABŞ-dan 2, Rusiya və Çindən 1 klub da iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR