Gürcüstan parlamentinin sədr müavini: “Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Azərbaycanın dəstəyini də həmişə hiss edir”

Gürcüstan parlamentinin sədr müavini: “Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Azərbaycanın dəstəyini də həmişə hiss edir”
# 24 aprel 2012 14:08 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin sədr müavini Levan Vepxvadze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ölkədə fəaliyyət göstərən partiyaların məqsədi xalqlar arasında mehriban ünsiyyət yaratmaq olmalıdır: “Bu gün Gürcüstan parlamentində baş verən insident təxribatdır. Bizim keçmişlə bağlı bir çox problemlərimiz var, amma indi bunlardan danışmaq Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, dövlətçiliyinə xələl gətirə bilər. Hesab edirəm ki, bu “soyqırım” məsələsini qaldıranların kiçik məqsədləri var”.

L. Vepxvadze “Gürcüstan Qrupu” Partiyasının lideri, parlamentin deputatı Condi Baqaturiyanın hərəkətinin cəzasız qalmayacağını söyləyib: “Belə deputatların cəzası seçkilərdə veriləcək. Sadəcə olaraq xalq öz səsini belə deputatlara verməyəcək və onlar parlamentdə olmayacaqlar. Bizim sanksiyamız yoxdur, buna xalq öz etiraz səsini ucaltmalıdır”.

Gürcüstan parlamentinin sədr müavini Azərbaycanın Gürcüstanı hər zaman dəstəklədiyini vurğulayıb: “Bizim Azərbaycanla ümumi çox şeyimiz var. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və buna cavab olaraq Azərbaycanın dəstəyini həmişə hiss edir. Biz beynəlxalq təşkilatlarda da Azərbaycanla əməkdaşlıq edirik. Azərbaycana minnətdarıq ki, bu yaxınlarda BMT-də etnik təmizləmə haqqında deklarasiya qəbul olunarkən də bizi dəstəklədi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR