Azərbaycan Qırğızıstanda kommersiya bankı yaradacaq

Azərbaycan Qırğızıstanda kommersiya bankı yaradacaq
# 03 avqust 2012 13:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu məsələ bu gün Qırğızıstan paytaxtı Bişkekdə bu ölkənin baş nazirinin I müavini Aalı Karaşevin və «Azerenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.

Qırğızıstan hökumətindən verilən məlumata görə, görüşdə müxtəlif sahələr, o cümlədən Qırğızıstanda mineral gübrə və yağ zavodlarının inşası, təbii ehtiyatların istismarı, energetika, eləcə də bu ölkədə Azərbaycanın investisiya-kommersiya bankının yaradılması kimi birgə investisiya layihələrinin icrası perspektivləri müzakirə edilib.

Bununla yanaşı, tərəflər Qırğızıstan ərazisində Qırğızıstan-Azərbaycan-Qazaxıstan neft emalı zavodunun tikintisi layihəsinin həyata keçirilməsini müzakirə edib və texnoparkların yaradılması sahəsində fikir mübadiləsi aparıblar.

Bundan başqa, Azərbaycan tərəfi Qırğızıstanda idxalı əvəz edən məhsulların istehsalının təşkilində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Qırğızıstana səfəri avqustun 1-də başlayıb və bu gün başa çatıb. Nümayəndə heyətinə «Azerenerji» nümayəndələri ilə yanaşı, «Azenco» ASC və «Expressbank» ASC-nin nümayəndələri də daxil olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR