Azərbaycanda fermerlər üçün subsidiyalaşma qaydaları dəyişir

Azərbaycanda fermerlər üçün subsidiyalaşma qaydaları dəyişir
# 21 iyun 2012 10:33 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq fermerlərə subsidiya verilməsi qaydalarında dəyişikliklər hazırlanır. Bu dəyişikliklərdən biri də taxıl istehsalçılarının yalnız sertifikatlı toxumlardan istifadəsi ilə bağlıdır.

Nazir qeyd edib ki, dəyişikliklərə əsasən, yalnız ixtisaslaşmış və keyfiyyətli toxumlar istifadə edən fermerlər subsidiya ala biləcəklər: “Bu, həm ərzaq buğdasının keyfiyyətinin artmasına, həm məhsuldarlığın yüksəlməsinə, həm də fermerlərin taxıl istehsalından daha çox qazanc əldə etməsinə imkan verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR