Demokratik Qüvvələrin Məşvərət Məclisi noyabrın 7-nə piket, 10-a mitinq təyin edib

Demokratik Qüvvələrin Məşvərət Məclisi noyabrın 7-nə piket, 10-a mitinq təyin edib
# 01 noyabr 2012 10:32 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda qurumun noyabrın 3-nə təyin olunan, lakin paytaxt rəhbərliyinin razılıq vermədiyi mitinqlə bağlı məsələ müzakirə olunur. İclasda ilkin olaraq qərara alınıb ki, Məşvərət Məclisi noyabrın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında mitinqə icazə verməməsinə etiraz olaraq piket keçirsin. Demokratik seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə dəyişikliklər, ölkədə demokratik mühitin yaradılması, rüşvət və korrupsiyaya son qoyulması tələbləri ilə keçirməsi nəzərdə tutulan mitinq isə noyabrın 10-na təyin olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin paytaxtın Azadlıq və Füzuli meydanlarında, Səməd Vurğun bağı, Nərimanov kinoteatrı və Təbriz kinoteatrının qarşısında noyabrın 3-nə keçirilməsini məqsədəuyğun saymayıb.

Paytaxt rəhbərliyi bunun əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR