Qazaxıstanda 14 sərhədçinin qətlinin üstü açılıb

Qazaxıstanda 14 sərhədçinin qətlinin üstü açılıb
# 07 iyun 2012 13:28 (UTC +04:00)
Bakı – APA. Almatı vilayətindəki sərhəd zastavasında 14 sərhədçinin öldürülməsi daxili münaqişədən qaynaqlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nurdaulet Suindikov deyib. O, Vladislav Çelax adlı sərhədçinin yaxalandığını və onun öz günahını etiraf etdiyini açıqlayıb.

N. Suindikov sərhədçinin öz əsgər yoldaşlarını güllələdiyini və daha sonra zastavaya od vurduğunu söyləyib. Ölənlərin mülki geyimləri, mobil telefonları və noutbukları V. Çelaxda aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR