AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyət ilə bağlı tövsiyələr layihəsinə baxacaq

AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyət ilə bağlı tövsiyələr layihəsinə baxacaq
# 29 iyun 2012 11:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyət ilə bağlı tövsiyələr layihəsini nəzərdən keçirəcək. APA-nın xəbərinə görə, iyunun 6-da Fransanın Vann şəhərində konqresin iclası keçiriləcək. Gündəliyə Azərbaycan və Makedoniyada yerli və regional demokratiyanın vəziyyət ilə bağlı tövsiyələr layihəsinin müzakirəsi də daxil edilib. Bu layihələr qəbul edilmək üçün konqresin bu ilin oktyabr ayında keçiriləcək növbəti sessiyasına təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR