MN: Azərbaycan Silahlı Qüvvələrinə məxsus heç bir hərbi aerodrom və digər hərbi baza heç bir ölkənin ixtiyarına verilməyib

MN: Azərbaycan Silahlı Qüvvələrinə məxsus heç bir hərbi aerodrom və digər hərbi baza heç bir ölkənin ixtiyarına verilməyib
# 03 aprel 2012 09:08 (UTC +04:00)
Buna ümumiyyətlə, ehtiyac yoxdur. Bu barədə yanlış fikirlərin, əsası olmayan təhlillərin rəsmi təkzibinə baxmayaraq, söz-söhbət yenə də davam edir. Görünür, bəzi qüvvələr bu mövzunun müzakirədən çıxmasında maraqlı deyillər”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavabında deyib.

E. Sabiroğlu bildirib ki, məqalənin dərc olunmasında başlıca məqsəd İranla Azərbaycanın qonşuluq və dostluq münasibətlərini korlamağa yönəlib: “Dəfələrlə qeyd edilib ki, bu cür mənasız səylər baş tutan deyil. Ən azı tarixi ənənələrimiz, ortaq dəyərlərimiz və yaxın əlaqələrimiz buna fürsət verə bilməz. Heç uzağa getmədən son günlərin uğurlu bir-iki faktını deməklə kifayətlənmək olar. Naxçıvanda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşləri, bu zaman ümumi maraqlara cavab verən bəyanatın qəbul edilməsi, sonradan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin İrana səfəri və İran-Azərbaycan münasibətləri istiqamətində ölkəmizin yüksək rəsmi şəxslərinin açıqlamaları onu deməyə əsas verir ki, iki ölkə arasında dostluq münasibətlərinə kənardan heç bir qüvvə müdaxilə etmək imkanına malik deyil”.

Qeyd edək ki, ABŞ-da nəşr olunan “Foreign Policy” dərgisində Azərbaycanın öz aerodromlarını İsrailin sərəncamına verdiyi barədə məqalə dərc olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR