Nazirlər Kabineti “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarın müddətini ilin sonuna kimi uzadıb

Nazirlər Kabineti “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarın müddətini ilin sonuna kimi uzadıb
# 10 aprel 2012 12:05 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rəsizadənin imzaladığı sənədə əsasən «Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında» Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2013-cü il yanvarın 1-dək uzadılıb.

Qərarın icrası ilə bağlı Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirmək, görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırığı verilib. Qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR