Əhməd Vəhidi: “İran Fars körfəzində öz milli maraqlarını var gücü ilə qoruyacaq”

Əhməd Vəhidi: “İran Fars körfəzində öz milli maraqlarını var gücü ilə qoruyacaq”
# 15 fevral 2012 11:14 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi bildirib. Onun sözlərinə görə, 30 ilə yaxındır supergüclər elan olunmamış müharibə və onun ardınca Küveytin işğalından sonra yaranmış məsələləri bəhanə edərək Fars körfəzində sabitliyi pozublar: “Halbuki Fars körfəzi təhlükəsizlik deyil, iqtisadı bölgə hesab olunur. Bu su hövzəsində müxtəlif növ kreyserlər, təyyarədaşıyan gəmilər, minaterallar və sualtı gəmilər yerləşdirilib. Bölgə hərbi silah anbarına çevrilib”. İranlı nazir bəzi region dövlətlərinin münasibətlərdə qeyri-hüquqi davranmalarına və hərbi müdaxiləyə yol açmalarına da toxunub: “Hər il 10 min gəmi Hörmüz boğazından keçir və onların yükünün 75 faizi yanacaqdır. Ancaq düşmənlər İranın Fars körfəzindəki rolunu görməzliyə vurmaq istəsələr də, Tehranın güclənməkdə olan mövqeyi unudula bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR