Azərbaycanda xarici investisiyaların həcmi 37% artıb

Azərbaycanda xarici investisiyaların həcmi 37% artıb
# 24 avqust 2012 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 36,8% artaraq 4,7 mlrd. ABŞ dolları olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, investisiyaların 29,7%-i iqtisadiyyata maliyyə kreditləri, 46,2%-i birbaşa investisiyalar, 24,1%-i isə digər investisiyalar şəklində daxil olub.

«Birbaşa investisiyaların həcmi 2,2 mlrd. dollar təşkil edərək 2011-ci illə müqayisədə 26,9% artıb, onun 1,9 mlrd. dolları və ya 85,5%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib və bu göstərici 26,1% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR