Bakıda sevdiyi qızı güllələyən şəxsin məhkəməsi başlayıb

Bakıda sevdiyi qızı güllələyən şəxsin məhkəməsi başlayıb
# 05 aprel 2012 12:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı odlu silahla qətlə yetirən və özünü yaralayan Ramin Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı aprelin 19-na təyin olunub.

Qeyd edək ki, 2011-ci il dekabrın 2-də günorta saatlarında Ramin Əsgərov münaqişə zəminində Aytən Şahbazovanı 238 saylı məktəbin həyətinə apararaq orada güllələyib, daha sonra isə odlu silahla özünü yaralayıb. A. Şahbazova hadisə yerində dünyasını dəyişib, R. Əsgərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. İstintaq zamanı müəyyən edilib ki, hadisənin baş verməsinə A.Şahbazovanın Ramin Əsgərovdan ayrılmaq istəyi səbəb olub. Onu da əlavə edək ki, A.Şahbazova Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR