Tunis Yasir Ərəfatın ölümünün səbəbini araşdırmaq məqsədi ilə ƏDL-nın fövqəladə iclasının çağırılmasını tələb edib

Tunis  Yasir Ərəfatın ölümünün səbəbini araşdırmaq məqsədi ilə ƏDL-nın fövqəladə iclasının çağırılmasını tələb edib
# 05 iyul 2012 18:29 (UTC +04:00)
Bakı-APA. Tunis sabiq Fələstin lideri Yasir Ərəfatın ölümünün səbəbini araşdırmaq məqsədi ilə Ərəb Dövlətləri Liqasının fövqəladə iclasının çağırılmasını tələb edib.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Tunisin xarici işlər naziri Rafik Əbdessalam deyib ki, Ərəb Dövlətləri Liqası “Əl-Cəzirə” telekanalının Yasir Ərəfatın poloniylə zəhərlənməsi versiyasını müzakirə etməlidir. Telekanal iddia edir ki, bir neçə ay davam edən jurnalist araşdırması nəticəsində bəlli olub ki, Fələstin administrasiyası lideri Yasir Ərəfatın ölümünün səbəbini poloniumdan zəhərlənmə olub. Nazir deyib ki, Ərafatın ölümünün əsl səbəblərini aşkarlamaq məqsədi ilə ƏDL-sı komissiya təşkil etməlidir. Onun sözlərinə görə, “Əl-Cəzirə”-nin versiyasını təsdiq edən çoxlu sübut və dəlil var.
Qeyd edək ki, Fələstin administrasiyası Ərafatın zəhərlənməsi versiyasını araşdırmaq məqsədilə meyitin qalıqlarının eksqumasiyasına qərar verib.
Xatırkalaq ki, “Əl-Cəzirə” jurnalistlərinin təşəbbüsü ilə Lozannadakı nüfuzlu İsveçrə Radiofizika İnstitutunda Ərəfatın ölüm yatağında ikən əynində olan paltarlar tədqiqata cəlb olunub. Tədqiqatlar zamanı Fələstin liderinin paltarlarında, qan və sidik nümunələrində polonium-210 radioaktiv maddəsinin hissəcikləri aşkarlanıb. Yasir Ərəfatın səhhətinin qəfil pisləşməsi onun bu maddənin təsirinə məruz qalması ilə izah olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR