Azərbaycanda daha iki teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb

Azərbaycanda daha iki teleradio şirkətinin lisenziyasının müddəti uzadılıb
# 05 mart 2012 12:50 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, iclasda “Alternativ” Teleradio Məhdud Məsuliyyətli Cəmiyyətinin (Gəncə) və “Xəyal” Müstəqil Teleradio Şirkətinin (Quba) regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması ilə bağlı müraciətlərinə baxılıb.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında əsasnamə”nin 8.9-cu bəndini əsas tutaraq “Alternativ” və “Xəyal” televiziyalarının regional televiziya yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR