ITU-nun baş katibi Həmədan Ture: «İnternet şirkətləri əlilləri yaddan çıxarmamalıdır»

ITU-nun baş katibi Həmədan Ture: «İnternet şirkətləri əlilləri yaddan çıxarmamalıdır»
# 06 noyabr 2012 11:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İnternet sahəsində fəaliyyət göstərən şirkətlər əlilləri yaddan çıxarmamalı və onların internetdən istifadə etməsi üçün lazımi şəraiti yaratmalıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan VII İnternet İdarəçilik Forumunda (Internet Governance Forum, IGF-2012) çıxışı zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Həmədan Ture bəyan edib.

H.Ture insan haqlarına dair ümumi deklarasiyanı xatırladaraq qeyd edib ki, bu deklarasiyada hər bir insanın informasiya əldə etməsi hüquqları barədə müvafiq bənd mövcuddur.

H.Turenin sözlərinə görə, İKT sahəsində fəaliyyət göstərən biznes strukturlar işlərini elə qurmalıdır ki, daha çox istifadəçi cəlb edə bilsinlər. H.Ture bu sahədə fəaliyyət göstərənləri hər bir insanı keyfiyyətli və ucuz internetdən istifadə etmək üçün birgə işləməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR