Bakıda Türk Ocaqlarının 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Bakıda Türk Ocaqlarının 100 illiyinə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 mart 2012 13:35 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib ki, bu il Türk Ocaqlarının 100 ili tamam olur və bu qurum Türkiyə tarixində mühüm rol oynayıb: “Bu təşkilat çox ağır şəraitdə, Osmanlının son dönəmində meydana gəlib. Türk Ocaqlarının yaranmasında azərbaycanlılar, Krım tatarları və digər türkdilli xalqlar da rol oynayıb”.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da çıxışında qeyd edib ki, Türk Ocaqları türk tarixinin ən çətin dönəmlərində fəaliyyətə başlayıb: “Altı yüz illik imperatorluğun parçalandığı bir dövrdə bu təşkilat türk milli varlığını qorumaq məqsədilə bir qrup türk ziyalısı tərəfindən qurulub. O zaman dünyanın müxtəlif ölkələrindən gələn bir qrup ziyalı bu sahədə fəaliyyətə başladı. Keçən il türk cümhuriyyətləri müstəqilliklərinin 20 ilin qeyd etdilər. Qardaş ölkələr arasında münasibətlər gələcəyin gözəl olacağını deməyə əsas verir”.

B. Bozdağ Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini Azərbaycanın dünyada qazandığı uğurlardan biri adlandırıb: “Türkiyə qardaş türk dövlətlərinin müstəqillik əldə etdiyi ilk illərdən onların yanında olub. Sahib olduğumuz insanlarımızın iqtisadi və maddi qaynaqlardan güclü olduğunu düşünürük. Ortaq gələcəyimiz üçün atılan hər bir addımı dəstəkləyəcəyik”.

B. Bozdağ Türkiyənin türk kimliyinin tanıdılması, türkdilli cümhuriyyətlərlə əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlər barədə məlumat verib. O, UNESCO-nın 2012-ci ildə anılacaq insanların siyahısına Yəhya Şirvaninin adını daxil etməsini mühüm qərar adlandırıb.

Tədbirdə çıxış edənlər Türk Ocaqlarının fəaliyyəti, onun inkişaf istiqamətləri barədə fikirlərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR