Əli Həsənov: “Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər var” - FOTOSESSİYA

Əli Həsənov: “Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər var” - <font color=red>FOTOSESSİYA</font>
# 13 fevral 2012 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşü olub. APA-nın məlumatına görə, tədbirdə əvvəlcə Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Daha sonra çıxış edən Əli Həsənov Azərbaycanın daxili və xarici siyasətinin mövcud vəziyyəti və perspektivlərindən danışıb.

Son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığını deyən Ə. Həsənov Azərbaycanın eyni zamana regionda həyata keçirilən transmilli layihələrin gerçəkləşməsində mühüm ölkə olduğunu vurğulayıb. Azərbaycanın qonşu ölkələr və Avropa dövlətləri ilə yaxşı əlaqələrə malik olduğunu vurğulayan PA rəsmisi Avropa ilə əlaqələrdə müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb: “Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər də var. Burada Avropa ölkələri ilə viza problemini, gömrük-keçid məsələsinin liberallaşdırılmasını və s. göstərmək olar. Bununla bağlı Azərbaycan prezidentinin tapşırığı var və müvafiq qurumlar bu istiqamətdə iş aparırlar”.

Daha sonra Ə. Həsənova Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvlüyünə dair sertifikat təqdim olunub. Sonda Ə. Həsənov klub üzvlərinin suallarını cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR