İntensiv yağışlarla əlaqədar Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb
23 may 2012 12:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 6, Kürəkçayda 14, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 32 santimetr artıb. Onun sözlərinə görə, həmin ərazidən axan Viləşçayda isə sel müşahidə olunub: “Kür çayının yuxarı axınında suyun səviyyəsi 5 santimetr, Qanıx çayında isə 3 santimetr artım qeydə alınıb. Lakin hazırda Kürün aşağı hissələrində azalma müşahidə olunur”.
A.Verdiyev bildirib ki, yaxın günlərdə yağacaq yağışlarla əlaqədar olaraq bəzi dağ çaylarında qısamüddətli daşqınlar gözlənilir: “Ölkə ərazisində, əsasən də axşam və gecə saatlarında yağışlar proqnozlaşdırılır. Bəzi dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli qısamüddətli yağışlar gözlənilir. Bunla əlaqədar olaraq bəzi dağ çaylarında qısamüddətli daşqınlar ola bilər”.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024