Yəməndə «Əl-Qaidə» ilə döyüşdə azı 60 hərbçi həlak olub

Yəməndə «Əl-Qaidə» ilə döyüşdə azı 60 hərbçi həlak olub
# 10 aprel 2012 02:52 (UTC +04:00)
Bakı-APA. Yəmənin Abyan əyalətində «Əl-Qaidə» silahlılarının hərbi bazaya hücum etməsi nəticəsində ən azı 60 hərbçi qətlə yetirilib. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.

Məlumata görə, silahlılar Loder yaşayış məntəqəsində yerləşən hərbi bazaya hücum ediblər.

Assoşieyted Press agentliyi isə hücum nəticəsində təxminən 40 silahlının həlak olduğunu bildirir.

Abyan əyalətinə əsasən islamçı silahlılar nəzarət edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR