Bakıda MDB ölkələrinin beynəlxalq bank konfransı keçiriləcək

Bakıda MDB ölkələrinin beynəlxalq bank konfransı keçiriləcək
# 30 oktyabr 2012 11:11 (UTC +04:00)
«APA-Economics»in MDB-nin Maliyyə-Bank Şurasının yaydığı xəbərə istinadən verdiyi məlumata görə, konfransın mövzusu «MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər» olacaq. Tədbirdə milli və beynəlxalq inkişaf institutları, regional birləşmələrin yeni şəraitdə olan MDB ölkələrinin bank sistemləri və s. məsələlər müzakirə olunacaq.
Bundan başqa, konfrans çərçivəsində keçiriləcək plenar iclaslarda hazırda davam edən qlobal böhran şəraitində MDB maliyyə bazarlarının dayanıqlığının ehtiyatlarını artırmaq, investisiya sahəsində MDB ölkələrinin bir-biri ilə və Vahid iqtisadi məkana üzv olan ölkələrlə əməkdaşlıq perspektivləri, Xəzəryanı maliyyə bazarlarının potensialı və inteqrasiya perspektivləri, islam bankçılığı və s. məsələlər ətrafında da müzakirələr aparılacaq.

Tədbirdə MDB ölkələrinin hökumət nümayəndələri, beynəlxalq maliyyə institutlarının əməkdaşları, mərkəzi və iri bankların rəhbərlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, V Yubiley Beynəlxalq Bank Konfransı Azərbaycan Beynəlxalq Bankının 20 illik yubileyinin qeyd olunması ilə bir vaxta salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR