Azərbaycanda iqtisadi artım tempi 0,5%-ə çatıb

Azərbaycanda iqtisadi artım tempi 0,5%-ə çatıb
# 17 aprel 2012 11:45 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əlavə dəyərin 5 mlrd. manatı və ya 61,3%-i sənaye sahələrində, 599,2 mln. manatı (4,9%-i) tikintidə, 553,9 mln. manatı (4,5%-i) nəqliyyatda, 294,9 mln. manatı (2,4%-i) kənd təsərrüfatında, 973,3 mln. manatı (7,9%-i) ticarət və pullu xidmət sahələrində, 194,5 mln. manatı (1,6%-i) rabitədə, 1 332,8 mln. manatı (10,9%-i) digər sahələrdə istehsal olunub, 802,4 mln. manatını, yaxud 6,5%-ni məhsula və idxala vergilər təşkil edib.

Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1 346,1 manata və ya 1 711,9 ABŞ dollarına bərabər olub.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7,7% artıb, neft sektorunda isə 4,7% azalıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR