Marneulidə azərbaycanlının 17 qoyunu sürücü tərəfindən vurulub

Marneulidə azərbaycanlının 17 qoyunu sürücü tərəfindən vurulub
# 31 iyul 2012 22:27 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. İyulun 31-də Marneuli rayonunun İmir kəndində axşam saatlarında yol nəqliyyat hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli-Şulaveri-Sadaxlı avtomobil magistralında XJX 154 seriyalı “Wolsvaqen” avtomobili döngədə kənd sakini Balaca Musayevin 17 baş qoyununu öldürüb. Şahidlərin dediyinə görə, qonşu Sereteli kəndindən olan gürcü sürücüsünün idarə etdiyi avtomobil sürətlə hərəkət edirmiş. Kənd sakinlərinin hadisə yerində olan APA-nın əməkdaşına açıqlamasına görə, sürücü sürətlə hərəkət edən maşını saxlaya bilməyib qaranlıqda hərəkət edən qoyun sürüsünə çırpıb. Nəticədə qəza baş verib. Hadisə yerinə gələn yol-patrul polisi hadisəni araşdırdıqdan sonra həm qoyun sahibinə, həm də adı açıqlanmayan XJX 154 seriyalı “Wolsvaqen” markalı avtomobilin sahibinə 100 lari cərimə kəsərək hadisə yerindən uzaqlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR