“Akkord” Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyasında iştirak edib - FOTO

“Akkord” Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyasında iştirak edib - <font color=red>FOTO</font>
# 04 may 2012 12:22 (UTC +04:00)
Bakı – APA. Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının mənzil qərargahında talassemiyalı uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş aksiyaya ASC-nin Direktorlar Şurasının sədri, baş direktoru Xaqani Quluzadə başda olmaqla, Korporasiyanın 150 nəfərdən artıq rəhbər və işçi heyəti də qoşulub.

YAP Nərimanov rayon təşkilatının rəhbərliyi aksiyada mütəşəkkil iştiraka görə, “Akkord” rəhbərliyinə minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR