“Binə” Ticarət Mərkəzində qruplar arasında insident baş verib, iki nəfər yaralanıb

“Binə” Ticarət Mərkəzində qruplar arasında insident baş verib, iki nəfər yaralanıb
# 22 sentyabr 2012 08:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində insident baş verib. Bu barədə APA-ya hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün “Kamaz” markalı yük maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Hazırda hadisə yerinə əməliyyat qrupu yollanıb. İnsidentin səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR