Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə su verilməsində məhdudiyyətlər olacaq

Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə su verilməsində məhdudiyyətlər olacaq
# 18 may 2012 08:37 (UTC +04:00)
Bakı - APA-Economics. Bakının Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə su verilməsində fasilə yaranacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb “+ 126 Qaraçuxur” su anbarını qidalandıran 700 mm diametrli magistral su kəmərinin Babək prospektindən keçən hissəsində qəza baş verməsidir.
Bununla əlaqədar mayın 18-də gün ərzində Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Bakıxanov, Qaraçuxur, Sabunçu və Əmircan qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR