ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili “Yayda çalış və səyahət et” proqramı çərçivəsində ilk 11 azərbaycanlı tələbəyə vizalar təqdim edib

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili “Yayda çalış və səyahət et” proqramı çərçivəsində ilk 11 azərbaycanlı tələbəyə vizalar təqdim edib
# 08 may 2012 12:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq “Summer Work and Travel” (Yayda çalış və səyahət et) proqramı çərçivəsində ilk 11 azərbaycanlı tələbəyə J1 vizalarını təqdim edib. APA-nın xəbərinə görə, bu proqram ABŞ-ın ən populyar mübadilə proqramlarından biridir və 8 ildir Azərbaycanda həyata keçirilir. Proqram çərçivəsində azərbaycanlı tələbələr ABŞ-a səyahət edə və yay tətili boyunca orada çalışa bilər.

A. Sterlinq tələbələrə uğurlar arzulayıb: “Bu, yaxşı təcrübə olacaq və Amerikanı daha yaxşı tanımağa imkan verəcək. Əminəm ki, bu proqram ABŞ-la Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə də kömək edəcək”.

Qeyd edək ki, ötən il 400-ə yaxın azərbaycanlı tələbə bu proqramda iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR