Yasamal rayonunda iki yeni kanalizasiya xətti çəkilir

Yasamal rayonunda iki yeni kanalizasiya xətti çəkilir
# 06 avqust 2012 12:01 (UTC +04:00)
Bakı – APA-ECONOMICS. «Azərsu» ASC Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsindən başlayaraq H.Zərdabi küçəsi boyunca ərazidəki kanalizasiya və yağış sularının axıdılması üçün hər birinin uzunluğu təqribən 1000 metr olan 2 magistral xətt tikilir. Qeyd olunur ki, 500 mm diametrli polietilen borularla tikilən həmin xətlər A.Salamzadə küçəsindən keçən kanalizasiya və yağış suları kollektorlarına birləşdiriləcək.

Bununla da yağış suları kanalizasiya sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Bu da yağış sularının birbaşa Xəzərə axıdılmasını təmin edəcək. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, intensiv yağıntılar zamanı H.Zərdabi küçəsində yağış sularının axıdılmasında problemlər yaranıb. Yeni xətlər istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR