Banqladeşdə bərənin batması nəticəsində 150-dək insan itkin düşüb

Banqladeşdə bərənin batması nəticəsində 150-dək insan itkin düşüb
# 13 mart 2012 07:32 (UTC +04:00)
Bakı-APA. Banqladeşin cənub-şərqində bərənin qəzaya uğraması nəticəsində 150-yə yaxın insan itkin düşüb. APA-nın məlumatına görə, hadisə Meqxna çayında baş verib.

“Shariatpur 1” bərəsi digər qayıqla toqquşaraq suya batıb. Bərədə 200-dək insanın olduğu bildirilir. İndiyədək 35 nəfərin həyatını xilas etmək mümkün olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR