Səhiyyə və Təhsil nazirlikləri “Narkotiklərə YOX deyək!” devizi altında kampaniyaya başlayıb

Səhiyyə və Təhsil nazirlikləri  “Narkotiklərə YOX deyək!” devizi altında kampaniyaya başlayıb
# 10 aprel 2012 12:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın Səhiyyə və Təhsil nazirlikləri birgə “Narkotiklərə YOX deyək!” devizi altında kampaniyaya start verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya veriən məlumata görə, kampaniya keçirməkdə məqsəd şagirdlərə narkotik maddələrin ziyanlı tərəfləri, sonrakı baş verə biləcək fəsadları barədə məlumatların verilməsi, maarifləndirmə tədbirlərinin aparılmasıdır. Kampaniyanın ilin sonuna kimi respublikanın bütün orta və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulur.

Nazirlikdən bildirilib ki, narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslər arasında gənclərin sayının artması narahatlıq doğurur.

Həmin cinayətlərə görə 2011-ci ildə müəyyən olunmuş 2341 nəfərdən 561-ni (24 faizini) gənclər təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR