İran Milli Neft Şirkətinin rəhbəri: Neftin qiyməti 150 dolları keçəcək

İran Milli Neft Şirkətinin rəhbəri: Neftin qiyməti 150 dolları keçəcək
# 21 fevral 2012 08:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Neftin qiymətinin artıb-azalmasını ehtimal etmək çox çətindir. Ancaq indiki vəziyyəti dəyərləndirdikdə, yaxın vaxtlarda dünya bazarlarında neftin qiymətinin 150 dolları aşacağını düşünürəm”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın neft nazirinin müavini, İran Milli Neft Şirkətinin rəhbəri Əhməd Qəlabani deyib.

Onun sözlərinə görə, Fransa və Böyük Britaniya şirkətlərinə xam neft satışı kəsildikdən sonra İspaniya, Hollandiya, Yunanıstan, Almaniya, İtaliya və Portuqaliyaya da neft ixracının dayandırılacağı barədə xəbərdarlıq edilib: “Əgər bu ölkələr İrana qarşı düşməncə davranışını davam etdirsə, onlara da neft ixracı dayandırılacaq. Çünki onsuz da hazırda dünya bazarlarında İran neftinə tələbat artıb. Ona görə də Avropaya neft ixracı azaldılıb. Halbuki İrana sanksiyalar tətbiq edilməmişdən əvvəl Avropaya 515 min barel neft ixrac edilirdi”.

Ə.Qəlabani Avropa ölkələrinin düşməncə cəhdlərindən əl çəkdikləri təqdirdə, İranın Avropaya neft satmaq üçün yeni müqavilələr imzalamağa hazır olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR