Barak Obama Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Barak Obama Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
# 25 may 2012 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

28 May – Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Amerika Birləşmiş Ştatlarının adından Sizə və Azərbaycan xalqında öz təbriklərimi çatdırıram.

1918-ci il mayın 28-də Azərbaycan fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurdu. Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşayıb və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı.

Bu il biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim.

Bütün Azərbaycan xalqına dinc və firavan il diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR