Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin sessiyası keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin sessiyası keçirilir - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 02 iyul 2012 07:58 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyanın açılış mərasimində çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Qaya Məmmədov bildirib ki, böhran menecmenti alyans üçün əsas məsələlərdən biri sayılır: “Əminəm ki, sessiyanın işi iştirakçılara NATO barədə daha çox məlumat əldə etmək imkanı verəcək”.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çobanu bildirib ki, bu tədbir müxtəlif ölkələrdən olan tələbələr və ekspertlərə faydalı fikir mübadiləsi aparmağa imkan verir. Mövzunun aktuallığını qeyd edən səfir bildirib ki, iqtisadi və maliyyə böhranı beynəlxalq ictimaiyyətə birbaşa və dolayı yolla təsir edir: “NATO beynəlxalq birlikdə təhlükəsizlik və stabilliyin formalaşmasında əhəmiyyətli rol oynayır”.

Daniel Çobanu NATO sülhməramlı qüvvələrinin 2014-cü ilədək Əfqanıstandan çıxarılması planlarına toxunub və qeyd edib ki, kontingentin çıxarılması NATO-nun bu ölkədə sülh quruculuğu prosesindən imtina etməsi demək deyil.

Jurnalistlərə açıqlama verən səfir Azərbaycanla NATO-nun əməkdaşlığını yüksək səviyyədə qiymətləndirdiyini deyib. O Azərbaycanın NATO yüklərinin Əfqanıstana daşınmasında və bu ölkədəki sülhməramlı kontingentin tərkibində iştirakında mühüm rol oynadığını deyib.

Sessiya çərçivəsində iştirakçılar “Böhrana nəzəri baxış”, “Silahlı münaqişələr: nəzəri və praktiki icmal”, “Maliyyə böhranı”, “Nüvə energetikası və təhlükəsizlik”, “Regional böhranlar və regional təşkilatlar”, “İqtisadi və sosial inkişaf”, “Ətraf mühit problemləri” kimi mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

İyulun 5-də keçiriləcək sessiyada NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim də iştirak edəcəklər.

Sessiya işini iyulun 6-da başa vuracaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR