Kulevi terminalından neft və neft məhsullarının qəbulu və ötürülməsi azalıb

Kulevi terminalından neft və neft məhsullarının qəbulu və ötürülməsi azalıb
# 07 fevral 2012 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvar ayında Kulevi terminalı (Gürcüstan, Qara dəniz) 250 min ton və ya ötən ilin yanvar ayına nisbətən 31% az neft və neft məhsulu qəbul edib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında terminaldan 191 min ton və ya ötən ilin yanvar ayına nisbətən 42,7% az neft və neft məhsulu ötürülüb.

Qeyd edək ki, 2011-ci ildə Kulevi terminalı 3 357 830 ton neft və neft məhsulu qəbul edib, 3 341 063 ton isə ötürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR