“Binəqədi Oil Company”nin bələdiyyəyə qarşı apellyasiya şikayəti təmin olunmayıb

“Binəqədi Oil Company”nin bələdiyyəyə qarşı apellyasiya şikayəti təmin olunmayıb
# 14 avqust 2012 10:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Binəqədi Oil Company” şirkətinin Binəqədi rayon Bələdiyyəsinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, şirkət bələdiyyə tərəfindən Cahid Qarayev adlı şəxsə satılan torpağın şirkətin balansında olduğunu iddia edərək, torpağın alq-satqısı ilə bağlı olan qərarın əsassız hesab edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR