Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Niderland biznes forumu keçiriləcək
# 10 sentyabr 2012 11:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin sentyabrın 13-də Niderland Krallığının baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Niderland biznes forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Niderlandın logistika, sənaye, İKT, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçiriləcək biznes-forum çərçivəsində bir sıra təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR