İsveçin “Eurovision-2012” təmsilçisi bu ölkənin Azərbaycandakı səfirinin təklifini rədd edib

İsveçin “Eurovision-2012” təmsilçisi bu ölkənin Azərbaycandakı səfirinin təklifini rədd edib
# 23 may 2012 09:32 (UTC +04:00)
Məlumatlı mənbədən APA-ya daxil olan xəbərə görə, görüş təkcə tanışlıq xarakteri daşımayıb. Səfir Lorindən “Eurovision” səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Lakin müğənni “Eurovision”nun mədəni tədbir olduğunu, səsinin siyasi proseslərdə vasitə olmaq istəmədiyini deyərək, təklifdən imtina edib.
Bəzi məlumatlara görə, səfirlə müğənninin görüşündə İctimai Palatanın təmsilçiləri kimi İsa Qəmbərlə Əli Kərimli də iştirak ediblər. Mənbə deyib ki, “səfirin müxalifətçiləri görüşə dəvət etməsinin əsas səbəbi Lorinin reallıqları yerli şəxslərdən dinləməsi” olub.
Lakin görüş müğənninin siyasətə müdaxilə etməyəcəyini açıq mətnlə söyləməsi ilə başa çatıb.
Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək müğənniləri siyasi bəyanatlarla çıxış etməyə və Azərbaycanda demokratiyaya dəstək verməyə çağıracaqları ilə bağlı açıqlamalar vermişdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR